“Son 3 ayda əhalinin pul gəliri 5 faiz artıb” - AÇIQLAMA

17:05 | 08.05.2015
“Son 3 ayda əhalinin pul gəliri 5 faiz artıb” - AÇIQLAMA

“Son 3 ayda əhalinin pul gəliri 5 faiz artıb” - AÇIQLAMA

"Milli valyuta ilə bağlı aylıq göstəricilərin əvvəlki 2-3 aylarla müqayisəsi düzgün deyil. Çünki nəzərə alınmalıdır ki, ölkədə manatın devalvasiyası baş verib” – bu açıqlama iqtisadçı ekspert Oqtay Haqverdiyevə məxsusdur. 

ANN.Az-a açıqlamasında ekspert Mərkəzi Bankın valyuta ehtiyatlarının son aylarla müqayisədə azalması məsələsinə münasibət bildirərkən qeyd edib ki, əsas səbəb devalvasiya ilə əlaqədardır: "Valyuta ehtiyatlarının azalması yox, əksinə artması haqqında deyə bilərəm ki, bu iki həftə ərzində baş verib. Əgər azalma barəsində ümumi danışsaq, valyuta ehtiyatı 15milyard manatdan 9 milyard manata, bəlkə də daha aşağı düşdüyünü deyə bilərik. Mərkəzi Bankın valyuta ehtiyat fondunun bu itkisinin əsas səbəbi məlum devalvasiya ilə əlaqədardır”.

O.Haqverdiyev vurğulayıb ki, fevral ayında manatın dollara nisbətən məzənnəsinin 33.5 faiz ucuzlaşması nəzərə alınmalıdır: "Milli valyuta ilə bağlı aylıq göstəricilərin əvvəlki 2-3 aylarla müqayisəsi düzgün deyil. Çünki nəzərə alınmalıdır ki, ölkədə manatın devalvasiyası baş verib”  

Əhalinin devalvasiyadan sonra əmanətlərini banklara qoymasına marağın azalması məsələsinə gəlincə, ekspert son vaxtlar vətəndaşların daha çox dollarla olan əmanətləri saxlamağa üstünlük verdiklərini bildirib: "Statistik göstəricilərə diqqət yetirdikdə  əmanətlərin qoyuluşunda təxminən 1.5 faizdən aşağı göstəricinin olduğunu müşahidə edə bilərik.  Bu göstəricini o dərəcədə böyük hesab etmək olmaz.  Aşağı nəticələrin olmasından danışarkən bunu qeyd etmək lazımdır ki, devalvasiyadan sonrakı  bu 3 ayda əhalinin pul gəlirləri təxminən 5 faiz artıb”.

Dollarla kredit götürənlər barədə Konstitusiya Məhkəməsinin hansı qərar qəbul edəcəyi ilə bağlı məsələyə toxunan ekspert vurğulayıb ki, Konstitusiya Məhkəməsi ən yuxarı instansiyadır: "Onların qəbul etdiyi qanun bütün qanunlardan yüksək olacaq. Liberal qanunvericilik üstün gələcəksə, Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul edəcək”. 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti