SON DƏQİQƏ: Ukrayna Rusiya gəmisini girov götürdü - MÜHARİBƏ BAŞLAYIR?

17:46 | 25.07.2019
SON DƏQİQƏ: Ukrayna Rusiya gəmisini girov götürdü - MÜHARİBƏ BAŞLAYIR?

SON DƏQİQƏ: Ukrayna Rusiya gəmisini girov götürdü - MÜHARİBƏ BAŞLAYIR?

Ukrayna Təhlükəsizlik Xidmətindən verilən açıqlamada Rusiyaya aid Qara dənizdə "Neyma" neft tankerinin saxlanıldığı bildirilib. Qeyd edilib ki, tanker Ukrayna döyüş gəmilərinin Kerç boğazından keçməsinə maneə olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada deyilib ki, rus tankeri Ukraynanın İzmail limanına fərqli bir adla girib. Gəmidə axtarış aparan Ukrayna tərəfi gəminin tutulması üçün məhkəmə qərarı istəyəcəklərini bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, əgər rus vətəndaşlar girov götürülsə, bunun nəticələri olacaq. Rusiya Federasiya Komitəsi Beynəlxalq Əlaqələr nazir müavini Vladimir Cabarov Ukraynanın rus tankerini saxlamasını tamamilə qanunsuz hesab etdiyini deyib:

"Bu iki tərəf arasındakı münasibətləri daha da pisləşdirəcək. Əgər Kiyevmünasibətlərimiz bir az da olsa düzəlsin istəyirsə, dərhal tankeri sərbəst buraxmalıdır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb