• $
  • €
  • ₽
  • ₺
  • £

AVRO-2016: Azərbaycan yığması sabah İtaliya ilə qarşılaşacaq

AVRO-2016: Azərbaycan yığması sabah İtaliya ilə qarşılaşacaq
09.10.2015 13:39
Azərbaycan yığması sabah növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2016-nın seçmə mərhələsinin IX turu çərçivəsində İtaliya ilə üz-üzə gələcək.

Bu qarşılaşma komandamızın tsikldə sonuncu ev oyunu olacaq. İndiyədək italiyalılardan xal ala bilməyən millimiz ilki gerçəkləşdirməyə çalışacaq. Son 4 seçmə oyununda uduzmayan Robert Prosineçkinin yetirmələri xorvatiyalının rəhbərliyi altında keçirdiyi qarşılaşmalardakı məğlubiyyətsizliyini davam etdirməyə çalışacaq. Belə ki, millimiz indiki baş məşqçisinin fəaliyyəti dövründə seçmə matçlarında uduzmayıb. Seriyanın davam etdirilməsi isə komandamızın tarixinə rekord kimi düşəcək. Seçmə mərhələlərdəki ən uzun məğlubiyyətsizlik seriyasını təkrarlayan yığmamız ötən tsikldəki rekordu yeniləmək üçün uduzmamalıdı.

İndiyədək İtaliya ilə keçirdiyi hər üç matçda uduzan komandamız ilk xalını almağa çalışacaq. AVRO-2004-ün seçmə oyunlarında 0:2 və 0:4 hesablı yenilgilərə üzülən komandamız cari tsiklin 1 il əvvəlki matçında da xalsız qalmışdı – 1:2.

H qrupunda mübarizə aparan yığmamız üçün bu qarşılaşma 4-cü yer uğrunda mübarizə baxımından da əhəmiyyət kəsb edir. Hesabında 6 xal olan komandamız 4 qat dünya çempionlarını məğlub etsə, Bolqarıstanı keçə bilər. Bunun üçün sonuncular da Xorvatiyaya uduzmalıdı. 4 gün sonra Bolqarıstanın qonağı olacaq yığmamız balkanlılarla 4-cü yer uğrunda mübarizədən qalib ayrılmaq üçün rəqibin uğursuzluğunu gözləməklə yanaşı, özü də xal əldə etməlidi.

Sabahkı qarşılaşmanın daha bir diqqət çəkən məqamı oyunun Bakı Olimpiya stadionunda keçirilməsidi. İlk dəfə futbol matçını qəbul edəcək arenada "siftə”ni ölkəmizin əsas yığması gerçəkləşdirəcək. Bu üzdən də komandamız ilk oyunu məğlubiyyətsiz başa vurmalıdır
 
İtaliyalılarla matç yığmamızın kapitanı Rəşad Sadıqov üçün də əlamətdar olacaq. Bu oyun 33 yaşlı müdafiəçinin yığmanın formasında 100-cü qarşılaşması kimi tarixə düşəcək. Düzdü, UEFA və FİFA millilərin iştirakı ilə baş tutan bütün oyunları tanımadığından onlar bu yubileyi də qeyd etməyəcək. Lakin Rəşad millimizin 23 illik tarixində "100”ə çatan ilk oyunçu kimi Bakı Olimpiya stadionunu böyük yubileylə tərk edəcək.

Öz meydanında keçirdiyi son iki görüşdə qapısını toxunulmaz saxlayan millimiz Malta (2:0) və Xorvatiya (0:0) ilə oyunlardakı uğurunu davam etdirmək niyyətindədi. Düzdü, "Skuadra Adzurra” üçün də qələbə çox vacibdi. Çünki qazanılacaq 3 xal appeninlilərin AVRO-2016-ya vəsiqəsini təmin edəcək. Yığmamız isə rəqibin arzusunu son turadək təxirə salmasına nail olmalıdı.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

10 oktyabr

21:00. Azərbaycan – İtaliya

Baş hakim: Villyam Kollum (Şotlandiya)

Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)

Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Alastair Mater (Şotlandiya)

Hakim-inspektor: Marinus Kopman (Holalndiya)

UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)

Bakı. Olimpiya stadionu

 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol