• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Azərbaycan və İtaliya yığmaları arasında oyun olacaq

Bu gün Azərbaycan və İtaliya yığmaları arasında oyun olacaq
10.10.2015 15:14
Bu gün futbol üzrə Azərbaycan və İtaliya milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçı keçiriləcək.
 
"Report"un məlumatına görə, rəqib 4 qat dünya çempionları ilə görüş ilk dəfə Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Amma bu, Azərbaycan millisinin son ev oyunu olacaq. 8 turdan sonra Italiya 18 xalla H qrupuna başçılıq edir. Azərbaycan isə 6 xalla 5-ci pillədə yer alıb.
 
Qonaqlar qələbə qazanacaqları təqdirdə, qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edəcək, meydan sahibləri isə Robert Prosineçkinin başçılığı altında 5-ci matçında ilk məğlubiyyətlə üzləşəcəklər. Əks halda, İtaliya yığmasının seçmə mərhələlərdəki 48 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyacaq.
 
Bu komandalar arasında ötən il Palermoda keçirilmiş qarşılaşmada meydan sahibləri qələbə qazanıblar - 2:1. Həmin oyunda İtaliya millisinin müdafiəçisi Corco Kyellini hər 3 qolun müəllifi olub. O, 2 qolu Azərbaycan yığmasının, 1-ini isə öz komandasının qapısından keçirib. Əvvəlki tsikllərdə isə İtaliya millisi Azərbaycanla yalnız AVRO-2004-ün seçmə mərhələsində qarşılaşıb, Bakıda 2:0, evdə 4:0 hesablı qələbə qazanıb.

Bugünkü qarşılaşma Azərbaycan millisindən Rəşad Sadıqovla Ruslan Abışov üçün əlamətdar olacaq. Abışov 28 yaşını tamamlayır, Sadıqov isə millidə 100-cü oyununu keçirəcək. İtaiya yığmasından isə qapıçı Canluici Buffon 150-ci matçına çıxacaq.

Qeyd edək ki, H qrupunun digər görüşlərində Norveç Maltanı, Xorvatiya Bolqarıstanı qəbul edəcək.

AVRO-2016

Seçmə mərhələ, H qrupu

21:00. Azərbaycan - İtaliya

Baş hakim: Uilyam Kollum (Şotlandiya)

Baş hakimin köməkçiləri: Damyen Makqreyt (İrlandiya), Frensis Konnor (Şotlandiya)

Dördüncü hakim: Alastair Mazer (Şotlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Madden (Şotlandiya), Con Biton (Şotlandiya)

Bakı Olimpiya Stadionu

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol