• $
  • €
  • ₽
  • ₺
  • £

"Monako" "Sent Etyen"dən daha güclüdür" – İlqar Qurbanov

"Monako" "Sent Etyen"dən daha güclüdür" – İlqar Qurbanov
20.10.2015 19:58
"Qarabağ" oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində "Monako"nun qonağı olacaq. Ağdam klubunun futbolçusu İlqar Qurbanov oyun öncəsi Qol.Az saytının suallarını cavablandırıb.

- Premyer Liqanın son turunda "Zirə" ilə keçirilən oyun zamanı zədələnərək əvəzlənməli oldun. İndi durumun necədir?

- Hər şey qaydasındadı. Həkimlər bildirdi ki, vaxtında əvəzlənmişəm. Bir qədər də meydanda qalsam, əzələ yırtığı ola bilərdi. Yəqin ki, "Monako" ilə oyuna hazır olacam.

- Bu görüş haqda nə düşünürsən?

- Sözsüz ki, bizi çox çətin oyun gözləyir. Səfərdə oynayacağıq. Rəqibimiz Fransanın nəhəng klublarından biridir. Buna baxmayaraq, yaxşı oyun nümayiş etdirmək istəyirik. Səfərdən xal və ya xallarla qayıtmaq fikrimiz var.

- "Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində digər Fransa klubu "Sent Etyen"lə başabaş mübarizə apardı. "Sent Etyen"lə "Monako"nu necə müqayisə edərdin?

- Məncə, bu komandaları müqayisə etmək düzgün olmaz. Fransa çempionatında çıxış edən klublarının hər birinə qarşı oynamaq çətindir. Çünki onlar fiziki cəhətdən çox güclüdürlər.

- Yəni "Monako"nun daha güclü olduğunu düşünürsən?

- Sözsüz ki, "Monako" ilə oynamaq daha çətin olacaq.

- Ancaq rəqibinizin işi Fransa Liqasında heç də yaxşı getmir.

- Bu o demək deyil ki, "Monako" zəifləyib. Hər komandada belə hallar olur. İstənilən halda Monako səfəri bizim üçün çox ağır olacaq.

- Reynaldo, Maksim Medvedyev və Cavid Tağıyevin zədəli olması işinizi nə dərəcədə çətinləşdirəcək?

- Zədəlilərin olması normaldır. Çünki komandamız həm çempionatda, həm də Avroliqada yaxşı yer üçün mübarizə aparır. Milli komandalara da futbolçularımız gedir. "Qarabağ"da hər bir mövqedə bir-birini əvəz edəbiləcək futbolçular var. Heyətimiz genişdir. İnanıram ki, bu itkilər bizə problem yaratmayacaq.

- Cumbinyonun zədəsini sağaltması itkilərin olduğu bir vaxtda komandaya təsəllidirmi?

- Bəli, bu da sevindirici haldır. Cumbinyo "Qarabağ" üçün vacib oyunçudur. Yəqin ki, tezliklə ən yaxşı formasnda olacaq və komandaya əvvəlki kimi kömək edəcək.

- "Qarabağ" Fransaya hansı nəticə üçün gedir?

- Biz bütün qarşılaşmalara çıxanda əvvəlcə öz oyunumuzu sərgiləməyi düşünürük. Nəticəni isə meydanda fikirləşirik.  Öz oyunumuzu göstərə bilsək, yaxşı nəticə qazanacağıq.

- Qrupda çıxmaq üçün komandanın hər oyun üçün müəyyən hədəfləri olur...

- Düzdür, bizim də hər oyun üçün planlarımız var. Qeyd etdiyim kimi, Fransadan xal və ya xallarla qayıtmağı qarşıya məqsəd qoymuşuq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol