• $
  • €
  • ₽
  • ₺
  • £

"Belə getsə, "Eskişehirspor"da qalmayacam" – Muarem

"Belə getsə, "Eskişehirspor"da qalmayacam" – Muarem
20.10.2015 18:41
"Qarabağ”dan ayrılaraq böyük ümidlərlə Türkiyə superliqa təmsilçisi "Eskişehirspor”a  transfer olunan Muarem Muarem meydanda görünmür. Qol.Az-ın müxbiri makedoniyalı yarımmüdafiəçi ilə əlaqə saxlayaraq bunun səbəbini öyrənib

- Muarem, səni niyə meydanda görmürük?

- Düzdür, meydana çıxmıram. Cəmi iki qarşılaşmada 35 dəqiqə oynamışam. Bir müddət zədədən əziyyət çəkdim. Yenicə sağalmışam. Bir həftədir ki, məşq edirəm. Ayaq əzələmdə yırtıq var idi. İstanbulda müailicə olundum.

- Oynamamağının səbəbi yalnız zədədirmi?

- Yox, zədədən əvvəl də baş məşqçi mənə şans vermirdi. Məşqçilərimizin istəyi ilə bura gəlmişəm. Amma gəldikdən sonra hər şey dəyişdi. Təlim-məşq toplanışı zamanı bütün yoxlama matçlarında oynadım. Ancaq superliqa oyunlarında ehtiyatda qaldım. Hər halda belə davam edərsə, burda qalmayacam.



- Nə qədər gözləmək fikrin var?

- Dekabra qədər. Görək, ilin sonuna qədər necə olacaq. Bura oynamaq üçün gəlmişəm,  ehtiyatda qalmağa yox.

- "Qarabağ"a qayıtmaq istərdin?

- "Qarabağ" mənim üçün özəl bir komandadır. Karyeramı "Qarabağ"da bitirmək istəyirəm.  Hər zaman söyləmişəm ki, harda oluramsa olum həmişə "Qarabağ"da oynamaq istərəm.

- "Qarabağ" üçün darıxırsanmı? Sabiq komanda yoldaşlarınla əlaqən var?

- Əlbəttə, müntəzəm olaraq  danışıram. Heç vaxt orda yaşadıqlarımı unutmaram. 


- Kimlərlə danışırsan?

- Şehiç, İlqar, Dmitroviski və Rəşad abiylə internet vasitəsilə əlaqə saxlayıram.

- "Eskişehirspor"a daha çox pul qazanmaq üçün getdin? Mətbuatda belə yazılırdı.

- Ola bilər. Hər kəsin bir düşüncəsi var. Ancaq bura niyə gəldiyimi bir Allah bilir.


- Bəs niyə avrokuboklarda çıxış edən  komandanı "Eskişehirspor"a dəyişdin?

- Sırf karyeramı düşünürək bura gəldim. Belə bir təklif olduğunu əvvəlcədən Qurban Qurbanova da demişdim. Bildirmişdim ki, superliqada özümü sınamaq istəyirəm. Bəli, Türkiyə futbolunda pul daha çoxdur. Ancaq sabit olaraq maaş almaq olmur deyə superliqaya gələndə düşünməli olursan. Mən sadəcə, özümü sınamaq üçün Türkiyəyə gəldi.

- "Qarabağ"dan ayrılan digər futbolçu Leroy Corc da Türkiyədə oynayır. Onunla  əlaqə saxlayırsan?

- Hərdən danışırıq. Onların durumu yaxşıdır. Yəqin ki, bu mövsüm superliqaya vəsiqə qazanacaqlar.

- "Qarabağ" oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində "Monako"nun qonağı olacaq. Sabiq komandandan nə gözləyirsən?

- "Qarabağ"ın hər matçını izləyirəm. Çətin oyun olacaq. Amma "Qarabağ" çox yaxşı komandadır, güclü baş məşqçisi var. Yəqin ki, onlara qarşı necə oynayacaqlarını bilirlər. Mən çox ümidliyəm ki, səfərdən uduzmadan qayıdacaqlar. Məncə, "Qarabağ" Monakoda xal və ya xallar qazanacaq. Mən bu komandada oynamışam. Bilirəm ki, "Qarabağ" heç vaxt səfərə uduzmaq üçün getmir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol