"Avro-2016: son iki vəsiqənin sahibi müəyyənləşir

Bu gün "Avro-2016"nın final mərhələsinə vəsiqə verən "pley-off"un cavab oyunlarına yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, baş tutacaq iki görüşdən sonra turnirin final mərhələsinə vəsiqə qazanan son iki komanda müəyyənləşəcək.
Sloveniya öz meydanında Ukraynanı qəbul edəcək. Qonaqlar ilk görüşdə 2:0 hesabı ilə qələbə qazandıqları üçün mərhələ adlamağa çox yaxındırlar.
Digər oyun Danimarkada keçiriləcək. Burada İsveç millisi Danimarkanın qonağı olacaq. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn İsveç yığması bu üstünlüyünü qorumağa çalışacaq.
Xatırladaq ki, daha öncə Macarıstan və İrlandiya yığmaları "pley-off" oyunlarından qalib ayrılaraq gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
17 noyabr
"Avro-2016", pley-off mərhələsinin cavab oyunu
23:45. Sloveniya - Ukrayna
İlk oyun - 0:2
23:45. Danimarka - İsveç
İlk oyun - 1:2
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb