• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: "Bizi çətin oyun gözləyir"

Qurban Qurbanov: "Bizi çətin oyun gözləyir"
20.06.2016 18:29
"İlk oyunlar hər zaman çətin olur. Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz. Çempionlar Liqasında istənilən ölkənin güclü komandası çıxış edir. Bu baxımdan da istənilən rəqiblə oynamaq bizim üçün çətin olacaq". 

ANN.Az klubun saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat təsnifat mərhələsində rəqib olacaq Lüksemburq "Düdelanj"ı barədə danışarkən deyib. 

44 yaşlı mütəxəssis püşkü belə dəyərləndirib: "Son zamanlar Lüksemburq futbolunda inkişaf göz qabağındadır, 14 komandalı çempionatları var və Lüksemburq çempionatında rəqabət də istənilən səviyyədədir. "Düdelanj" da ölkəsinin çempionatında uzun müddət məğlub olmayıb və daim qələbə qazanmaq üçün vuruşan bir komandadır. Ümumiyyətlə, bu rəqib bizim Çempionlar Liqasının bu mərhələsində qarşılaşdığımız güclü komandalardan biridir.
 Bizi çətin oyun gözləyir, potensial 5 rəqibdən qismətimizə "Düdelanj" düşdü. Bu gündən etibarən sırf bu oyun üçün hazırlaşmağa başlayacağıq".

Qeyd edək ki, "Qarabağ" ilk oyununu 12-13 iyulda Bakıda, cavab görüşünü isə 19-20 iyulda Lüksemburqda keçirəcək. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol