Umut Bulut “Qalatasaray”dan ayrılır

"Qalatasaray” futbolçusu Umut Bulutu icarəyə verir.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu mövsümün sonuna qədər "Kayserispor”da çıxış edəcək.
Artıq klublar arasında hərtərəfli razılıq əldə olunub.
"Qalatasaray”ın bu keçid üçün hər hansı bir icarə haqqı almayacağı bildirilir.
Qeyd edək ki, 2012-ci ildən "Qalatasaray”da çıxış edən Umut Bulut bu müddət ərzində 110 oyuna çıxıb və 39 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























