“Atletiko” kataloniyalı azarkeşləri stadiona buraxmayacaq

İspaniya La Liqasında 14 oktyabrda keçiriləcək "Atletiko” – "Barselona” matçı öncəsi Madrid təmsilçisi gözlənilməz qərar alıb.
anews.az xəbər verir ki, bu barədə Qafqazinfo xarici KİV-ə istinadən məlumat verir.
Məlumata əsasən, klub rəhbərliyi "Barselona” azarkeşləri üçün nəzərdə tutulan biletlərin satışa çıxarılmayacağını açıqlayıb.
Klubun yeni stadionu "Vanda Metropolitano” istiqamətində nəqliyyat probleminin olması bu qərarın verilməsinə səbəb olub.
Qeyd edək ki, 1 oktyabrda Kataloniyada referendum keçirildikdən sonra ölkədə bir çox sahədə olduğu kimi, idmanda da böhran yaşanmağa başlayıb. Belə ki, Kataloniya təmsilçisi "Barselona”nın La Liqadan çıxma ehtimalı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















