• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” Çempionlar Liqasında 6-cı oldu

“Qarabağ” Çempionlar Liqasında 6-cı oldu
08.12.2017 16:10
Çempionlar Liqasının başa çatan qrup mərhələsinin tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb.

Anews.az Apasport.az-a istinadən xəbər verir ki, qitənin ən güclü 32 komandasının iştirakı ilə 6 turda keçirilən 96 matçı ümumilikdə 4 milyon 158 min 867 seyirçi izləyib.

Orta hesabla hər matçda 43 min 321 nəfər qeydə alınıb. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən 32 komandanın ev oyunlarındakı tamaşaçı sayının sıralaması da maraq doğurur.

Təbii ki, ilk növbədə diqqətimizi Azərbaycan çempionu "Qarabağ”ın göstəriciləri çəkir. Bakı Olimpiya Stadionunda "Roma”, "Atletiko” və "Çelsi”ni qəbul edən Qurban Qurbanovun yetirmələri bu qarşılaşmalarda tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq olub. Bu da orta hesabla hər matçda 60 min 741 seyirçi deməkdir.

"Qarabağ” bu göstərici ilə Çempionlar Liqasında 6-cı yerdədir. Düzdü, bir tur öncə, VI tur ərəfəsində Azərbaycan çempionu 7-ci pillədə idi. Sonuncu tur təmsilçimizin irəliləməsinə səbəb olub.

Ağdam klubu səfərdə oynasa da, daha yüksək pillədə qərarlaşan komandalardan birinin geriləməsi "Qarabağ”ı önə çıxarıb. Çempionumuzun keçdiyi bu komanda isə "Barselona”dır.

Dünya futbolunun nəhənglərindən olan Kataloniya klubu son turun "Sportinq”lə görüşündə az tamaşaçı topladığından orta göstəricisi aşağı düşüb. Nəticədə "Barselona” "Qarabağ”a azarkeşlərinə görə həsəd aparır.

Əslində, tamaşaçı sayı nisbi anlayışdır və stadionların tutumu, göstəricinin hansı yolla əldə olunması da bu göstəriciyə təsir edir. Bəzən bu rəqəm tam obyektiv olmasa da, siyahı reallığa çox yaxındır.

Cədvəlin ilk pilləsində də dəyişiklik olub. Son turadək zirvədə qərarlaşan "Tottenhem” mövqeyini əldən verib. 5-ci sıraya düşüb, "Qarabağ”a qonşu olan İngiltərə klubu daim azarkeşləri ilə öyünən 4 nəhəngi önə buraxıb.

Qrup mərhələsinin 1-cisi "Mançester Yunayted” olubsa, "Real” 2-ci, "Bavariya” 3-cü pillədə qərarlaşıb. "Borussiya” isə "dördlüy”ü tamamlayır.

Qeyd edək ki, cədvəlin sonuncu pilləsində "Monako” yer alıb.
 

yer

komanda

tamaşaçı

oyun

orta hesabla

1

Mançester Yunayted

222 960

3

74 320

2

Real

220 972

3

73 657

3

Bavariya

210 000

3

70 000

4

Borussiya D

196 207

3

65 402

5

Tottenhem

193 084

3

64 601

6

Qarabağ

182 223

3

60 741

7

Barselona

182 018

3

60 673

8

Seltik

173 762

3

57 921

9

Atletiko

172 789

3

57 596

10

Liverpul

149 068

3

49 689

11

Sportinq

139 545

3

46 515

12

PSJ

138 943

3

46 314

13

Mançester Siti

137 378

3

45 793

14

Spartak

130 603

3

43 534

15

Porto

126 554

3

42 185

16

Roma

125 358

3

41 786

17

Leypsiq

124 122

3

41 374

18

Feyenoord

123 500

3

41 167

19

Çelsi

123 130

3

41 043

20

Benfika

118 477

3

39 492

21

Beşiktaş

112 906

3

37 635

22

Sevilya

112 202

3

37 401

23

Yuventus

110 624

3

36 875

24

Bazel

103 414

3

34 471

25

Olimpiakos

91 335

3

30 445

26

Şaxtyor

90 403

3

30 134

27

MOİK

84 778

3

28 259

28

Napoli

77 633

3

25 878

29

Anderlext

58 759

3

19 586

30

APOEL

51 633

3

17 211

31

Maribor

37 048

3

12 349

32

Monako

28 135

3

9 378

Cəmi

 

4 158 867

96

43 321



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" "Barselona"ya məğlub olub - yenilənib
İdman 23:35
"Sabah" "Barselona"ya məğlub olub - yenilənib
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
İdman 14:58
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol