• $
  • €
  • ₽
  • ₺
  • £

Futbol üzrə dünya çempionu Bakıya gəlir

Futbol üzrə dünya çempionu Bakıya gəlir
07.02.2018 21:14
Fransa millisinin tanınmış futbolçularından olmuş Kristyan Karanbö yenidən Bakıya gəlir.

Anews.az-a verilən xəbərə görə, o, fevralın 9-da futbol üzrə dünya kubokunun Bakıya gətirilməsi ilə əlaqədar olaraq Bakıda olacaq.

Karanbönün iştirakı ilə fevralın 9-u, saat 11:00-da "Hilton” hotelində mətbuat konfransı keçiriləcək. Həmin konfransda AFFA-dan nümayəndə iştirak edəcək.

Qeyd edək ki, FIFA-nın səfirlərindən biri olan Karanbö ikinci dəfə Bakıya gəlir. Veteran futbolçu ilk dəfə 2015-ci ilin martında I Avropa Oyunlarına daxil edilmiş çimərlik futbolunun püşkatması üçün ölkəmizə təşrif buyurmuşdu.

Xatırladaq ki, Kristyan Karanbö 1998-ci ildə Fransa ilə dünya, iki il sonra ilə Avropa çempionu olub.

Konfederasiyalar Kubokunu da qazanmış Karanbönün "Nant”la Fransa çempionluğu, "Real”la Çempionlar Liqası (iki dəfə), "Olimpiakos”la Yunanıstan çempionluğu (iki dəfə) titulları da var.

Fransaya məxsus Yeni Kaledoniyadan olduğu üçün iki dəfə (1995, 1998) Okeaniyada ilin futbolçusu seçilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol