• $
  • €
  • ₽
  • ₺
  • £

Ronaldo haqda - 20 maraqlı fakt - Fotolar

Ronaldo haqda - 20 maraqlı fakt - Fotolar
24.11.2014 13:29

 Son illərdə haqqında ən çox danışılan 2 futbolçudan biri, heç şübhəsiz ki, Kriştianu Ronaldodur. "Qızıl top"un son qalibi bu il də həmin mükafata əsas namizədlərdəndir. Fevral ayında 30 yaşını tamamlayacaq Ronaldonun şəxsi həyatı da insanlar üçün maraqlıdır.

ANN.Az Lent.az-a istinadən portuqaliyalı futbolçu ilə bağlı 20 maraqlı faktı sizə təqdim edir:

1. Ronaldonun bütöv adı Kriştianu Ronaldo dos Santos Aveyrodur.2. La Liqanın bir mövsümündə bütün komandalara qol vuran yeganə futbolçudur.3. Özündən böyük bir qardaşı və iki bacısı var.4. "Arsenal" 2003-cü ildə Ronaldonu transfer etməyə yaxın olsa da, bu şansı qaçırıb. London klubu təklif göndərməkdə gecikdiyi üçün Kriştianu "Mançester Yunayted"ə yollanıb.5. Yeniyetmə yaşlarında komandası uduzanda Ronaldo çox məyus olurmuş. Bu səbəbdən onu "Ağlayan uşaq" deyə çağırıblar.6. "Twitter"də Ronaldonun 14 milyondan çox izləyicisi var.7. Hər oyundan öncə Ronaldo butslarını 20 dəqiqə isladır ki, ayağına daha rahat olsun.8. Ronaldonun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top saatda 80 mil sürətlə gedir. Heç bir qapıçı istəməz ki, bu cür zərbə ilə üz-üzə qalsın.9. Ronaldo anasını sağaldan xəstəxanaya 100 min avro bağışlayıb.10. Bir dəfə "Buqatti-Veyron"a qarşı avtomobil yarışına çıxıb və qalib gəlib.11. Ronaldo uşaqlıqdan futbolçu olmağı arzulayıb və yatanda futbola aid əşyalarını çarpayısının yanında saxlayıb.12. "Facebook" sosial şəbəkəsində 50 mindən çox "layk" toplayıb.13. Kriştianu adlı bir oğlu var.14. "Real"da 20-30 yaş arasında bir mövsümə 40 qol vuran ilk futbolçudur.15. "Armani", "Suzuki", "Nayk", "Kastrol" və "Koka-Kola" şirkətlərinin reklam çarxlarında yer alıb.16. Ronaldo stolüstü tennisi də yaxşı oynamağı bacarır.17. Müsahibələrinin birində deyib ki, futbolçu olmasaydı, ofisiant olacaqmış.18. Qorxulu kinoları izləməyin həvəskarıdır.19. 2003-cü ildə "Mançester Yunayted"ə qarşı keçirilən yoldaşlıq oyununda yaxşı təsir bağışladığı üçün "mankunianlar"ın əfsanəvi futbolçuları baş məşqçi Aleks Ferqyusondan onun alınmasını tələb edib.20. Məktəbdə ən çox sevdiyi fənn tarix olub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol