“Barcelona”nın rəsmi kampı Bakıda fəaliyyətə başladı

Noyabrın 17-də Bakıda, “İnter Arena” stadionunda ilk dəfə olaraq İspaniyanın məşhur “Barcelona” futbol klubunun rəsmi kampı fəaliyyətə başlayıb.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, “İnter Arena” stadionunda keçirilən açılış mərasimində Barselona Futbol Klubu Akademiyasının əlaqələndiricisi Fredi Martin çıxış edərək kamp haqqında məlumat verib. Bildirib ki, kamp Bakının “İnter” futbol klubunun nəzdində fəaliyyət göstərəcək. Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaşlarında istənilən uşaq kampda iştirak edə bilər.Tədbirdə bu layihənin Azərbaycanda futbolun inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















