“Qəbələ”nin məşqçisi faciəli şəkildə öldü

Qəbələ şəhərində "Toyota” markalı avtomobil ağaca çırpılıb.
FHN-dən Anews.az-a verilən xəbərə görə, müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Mustafayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Əməliyyat başa çatıb.
Qeyd edək ki, Teymur Musayev "Qəbələ” futbol akademiyasının məşqçisi idi.
www.anews.az
























