• $
  • €
  • ₽
  • ₺
  • £

“ Uşaq futbol məktəblərinin inkişafı yüksək səviyyədə deyil” -Etiraf

“ Uşaq futbol məktəblərinin inkişafı yüksək səviyyədə deyil” -Etiraf
25.10.2014 10:51

Avropa çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan millisinin Xorvatiyaya 0:6 hesabı ilə biabırçı məğlubiyyəti millinin almaniyalı baş məşqçisi Berti Foqtsu istefa verməyə məcbur etdi. Keçmiş məşqçinin oyunçu seçimi, milli komandanın səhv oyun taktikası ilə bağlı iradlar nə qədər haqlı olsa da, Azərbaycan futbolunda digər problemlər də yox deyil.

Təbii ki, ən ciddi problemlərdən biri klublarda milli komandada oynaya biləcək səviyyədə futbolçuların yetişməməsidir. Azərbaycanda futbolun inkişafı üçün yetərincə vəsait ayrılmadığını, hətta prezident İlham Əliyevin də ölkədə futbol da daxil olmaqla idmanın inkişafı üçün hər cür dəstəyi verdiyini danmaq olmaz. Ustalıq səviyyəsi yüksək olan futbolçuların yetişdirilməsi məqsədilə dövlət səviyyəsində bir sıra proqramlar da qəbul olunub.

İllər öncə hətta ölkənin müxtəlif bölgələrində uşaqların kiçik yaşlarından seçilib yetişdirilməsi üçün layihələrin icrasına da start verilib. Ancaq bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanda yüksək səviyyəli peşəkar futbolçu problemi mövcuddur.  Qeyd etdiyimiz kimi, son illərdə Azərbaycanda uşaq futbolunun inkişafı üçün maddi baza yaradılıb və bu sahənin inkişafı üçün bir sıra işlər görülür.  Nəticənin hələ ki istənilən səviyyədə olmasının səbəbi nədir.

AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, bu sahədə fəaliyyət davam edir, amma onun fikrincə, kütləvi informasiya vasitələrti, ilk növbədə televizyalar da premin həlli üçün müvafiq qurumlara yardımçı olmalıdır: “Futbol ilə maraqlanan, bacarığı olan uşaqları hamımız birlikdə axtarıb tapmalı və tanıtmalıyıq”. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə indiyədək böyük işlər görülüb, hər il 13-14-16 yaşlı uşaqların çempionatı keçirilir:  “Uşaqlar arasında  liqa oyunları təşkil olunur.  Bu da onların özlərini göstərmələrinə  imkan yaradır. AFFA- nın tərkibində  Futbol Akedemiyası fəaliyyət göstərir. Barada mütəmadi olaraq qruplar şəklində dərslər, məşqlər keçirilir.  Bu da bir növ inkişafa təkan verən göstəricidir”.

AFFA rəsmisi Azərbaycanda uşaq futbolu üçün yaradılan digər şəraitdən də danışıb:

“Bu məqsədlə AFFA futbol meydançaları tikib, açıq əyləncəli futbol məktəbləri  fəaliyyət göstərir.  Maddi və texniki baza möhkəmləndirilib. Lakin Azərbaycanda uşaq futbol məktəblərinin inkişafı yüksək səviyyədə deyil, bura Çexiyadan uşaqlar gəlir. Azərbaycandakı istedadlı uşaqları üzə çıxarmaq lazımdır ki, gələcəkdə milli komandımız tamamilə  yerli futbolçuların hesabına formalaşsın”. Hollandiyanı misal göstərən AFFA-nın birinci vitse-prezidenti bu ölkənin 16 milyon əhalisi olduğunu və  6 yaşı tamam olan hər bir oğlan uşağının futbola cəlb edildiyini  vurğulayıb: “Azərbaycanda da uşaqlara diqqət artırılmalıdır. Məktəblərdə futbolun inkişafına çalışmaq lazımdır. Bədən tərbiyəsi dərslərində məşqçilər mütəmadi uşaqlarla məşğul olmalıdır. Bu üsulla da Azərbaycanda milli futbolçular yetişdirmək olar”.  

Problemin həlli yolları ilə bağlı AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da  fikirlərini bildirib: “Uşaq futbolunun inkişafına son 5-6 ildə başlanılıb. Lakin hazırda buna diqqət daha da artırılmalıdır”.   “Neftçi” klubunun keçmiş usta futbolçusunun sözlərinə görə, AFFA-nın rəhbərliyi uşaq futboluna xüsusi diqqət ayrır: “Ancaq yüksək səviyyədə inkişaf üçün daha çox diqqət ayırmaq lazımdır. Biz  uşaqlar arasında futbolu təbliğ etmək üçün tədbirlər keçiririk, bu tədbirləri bölgələrimizdə də təşkil edirik”.      (modern.az)

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol