• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyar Məmmədyarov ilk onluqda

Şəhriyar Məmmədyarov ilk onluqda
30.09.2014 18:36
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. ANN.Az-ın “Apasport.az” saytına istinadən məlumatına görə, oktyabr ayı üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb. Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdi. Həmyerlimiz klublararası Avropa çempionatında uğurlu çıxışdan sonra 2 pillə irəliləyərək, 10-cu yerə yüksəlib. Onun aktivində 2764 xalı var. Məmmədyarov kimi Teymur Rəcəbov da irəliləyib. SOCAR-la Avropanın ən güclüsü tituluna yiyələnən həmyerlimiz 8 rəqibini qabaqlayıb - 2726 xal.Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2660) da mövqeyini yaxşılaşdırıb. O, 13 pillə irəli gedərək, 80-ci yerə yüksəlib. Məmmədov 2667 xala malikdir. Ötən ay “Top-100”ə qayıdan Eltac Səfərli isə komanda yoldaşlarında fərqli, bu dəfə siyahıya düşməyib. Reytinq cədvəlinin ilk “üçlüyü”ndə də dəyişiklik olub. Norveçli Maqnus Karlsenin 2863 xalla başçılıq etdiyi siyahıda italiyalı Fabiano Karauna (2844) ikinci, bolqarıstanlı Veselin Topalov (2800) üçüncü yerə qalxıb.Qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol