Mourinyo: "İtaliya mundialda uğur qazana bilər"

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo İtaliya yığmasının dünya çempionatında şanslarını dəyərləndirib.Qol.Az-ın məlumatına görə, "Yahoo Sport"a danışan portuqaliyalı mütəxəssis Çezare Prandellinin komandasının mundialda uğur qazanacağına inandığını bildirib:"İtaliya dünya çempionatında uğur qazana bilər. Buna inanıram. Düzdür, onlar çətin qrupa düşüblər. Lakin İtaliya millisi istedadlı və təcrübəli futbolçulardan təşkil olunub. Əgər Çezare Prandellinin komandası qrup mərhələsini keçsə, o zaman bu yığma daha çox irəliləyəcək. Çünki onlar pley-off mərhələlərinə yaxşı hazırlaşıblar".Qeyd edək ki, İtaliya millisi D qrupunda İngiltərə, Uruqvay və Kosta Rika yığmaları ilə mübarizə aparacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















