Kurtua "Atletiko"da qalmaq istəyir

"Atletiko"da icarə əsasında oynayan Tibo Kurtua Madrid klubunda qalmaq istəyir.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun idarə heyətinin üzvü Anxel Gil Marin deyib ki, Çempionlar Liqasında final matçından sonra belçikalı qolkiper baş məşqçi Dieqo Simeoneyə qalmaq istədiyini söyləyib.
Ancaq o, bu barədə son qərarı futbolçunun müqavilə ilə məxsus olduğu "Çelsi"nin verəcəyini bildirib:
"Sadəcə Kurtuanın qərarı bəs etmir. "Çelsi"nin qapıçısı Peter Çex zədələdir və son qərarı London klubu verəcək".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















