• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" - "Ayaks"a məğlub olub - Yenilənib

"Qarabağ" - "Ayaks"a məğlub olub - Yenilənib
24.10.2024 22:40
"Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.

Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" qarşılaşmaya uğursuz başlayıb.15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı  36-cı dəqidədə Kennet Teylor açıb.74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.

2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da "Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.

Komanda növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi "Bodo Qlimt”ə qarşı keçirəcək.

 20:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

 
 19:54

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq "Qarabağ” – "Ayaks" (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

"Ayaks": Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol