• $
  • €
  • ₽
  • ₺
  • £

"Real" cari mövsümün ilk altı ayında 600 milyon avrodan çox gəlir əldə edib

"Real" cari mövsümün ilk altı ayında 600 milyon avrodan çox gəlir əldə edib
25.03.2025 13:04

İspaniyanın "Real" klubu 2024/2025 mövsümünün ilk altı ayında 600 milyon avrodan çox gəlir əldə edib.

 bu barədə Madrid təmsilçisinin maliyyə hesabatında bildirilib.

2024-cü ilin iyul-dekabr aylarında klubun ümumi gəliri 589,8 milyon avro təşkil edib. Bu göstərici ötən mövsümün eyni dövrü ilə müqayisədə 27,9% çoxdur.

Mövsümün əvvəlindən "Santyaqo Bernabeu"nun əlavə vaxtlarda istismarından əldə edilən gəlir 43,9 milyon təşkil edib. Bu, 2023/2024 mövsümü üçün eyni səbəbdən əldə edilən gəlirin 95%-ni təşkil edib. Ötən mövsümün eyni dövründə ev oyunlarından əldə olunan 94,5 milyon avro gəlirlə müqayisədə 2024/2025 mövsümündə matç günlərində gəlir 149,6 milyon avro olub.

"Real"ın marketinq gəliri mövsümün əvvəlindən bəri 38,6% artaraq 250,4 milyon avroya çatıb. Həmçinin klubun pərakəndə satış, sponsorluq və lisenziyalaşdırmadan əldə etdiyi qazanc də artıb.

Klubun bu mövsümü rekord gəlirlə başa vuracağı gözlənilir.

Qeyd edək ki, 2023/2024 mövsümünün sonunda "Real" dünyada 1 milyarddan çox gəlir qazanan ilk klub olub.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol