• $
  • €
  • ₽
  • ₺
  • £

Ardanın seçimi hamını şoka saldı

Ardanın seçimi hamını şoka saldı
13.01.2015 15:33
Türkiyə millisinin kapitanı Arda Turanın "Qızıl top" və dünyanın ən yaxşı məşqçisi seçimi üçün kimlərə səs verdiyi açıqlanıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Atletiko"nun yarımmüdafiəçisi "ilk üçlük"də müvafiq olaraq Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Aryen Robben (Hollandiya, "Bavariya") və Kərim Benzemanı (Fransa, "Real" qeyd edib.

Arda Turanın ən yaxşı məşqçi seçimi ilə bağlı verdiyi səslər isə təəccüblə qarşılanıb. O, bundan əvvəlki açıqlamalarında "Atletiko"dakı baş məşqçisi Dieqo Simeoneni 2014-cü ilin ən yaxşısı hesab etdiyini söyləməsinə baxmayaraq, birinci sıraya Joze Mourinyo ("Çelsi"), ikinci sıraya isə Yoahim Lövü (Almaniya) layiq bilib. D.Simeone isə onun siyahısında üçüncü olub.

Bundan sonra sosial şəbələrdə Ardanın seçimi ilə bağlı müzakirələr başlayıb.

Səsvermənin nəticələri açıqlandıqdan sonra A.Turan "Tvitter" hesabından səsvermə zamanı argentinalı mütəxəssisi birinci seçdiyini deyib:

"O zaman Türkiyə Futbol Federiyası məndən kimə səs vermək istədiyi soruşanda ən yaxşı məşqçinin Simeone, ən yaxşı futbolçunun isə Ronaldo olduğunu söylədim. Simeone mənim üçün dünyanın ən güclü məşqçisidir. Onun uğuruna öz uğurum kimi sevinəcəkdim. Hadisə belə baş verib. Yanlış anlaşılmasın deyə bu barədə açıqlama vermək istədim".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol