• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Premyer Liqasına yekun vuruldu

Azərbaycan Premyer Liqasına yekun vuruldu
28.05.2015 23:59

Bu gün Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünə yekun vurulub.


Qol.Az-ın məlumatına görə, son turun bütün oyunları eyni gündə keçirilib.


Çempionluğu rəsmiləşdirən "Qarabağ" son turda istirahət edib.


Artıq gümüş medalları özü üçün təmin edən "İnter” səfərdə "Sumqayıt”ın qonağı olub və 1:3 hesabı ilə uduzub.

 

"Neftçi” öz meydanında AZAL-ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb


"Qəbələ” doğma meydanda autsayder "Bakı”ya 3:0 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıb.


Maliyyə problemi ilə üzləşən və dağılmaq təhlükəsində olan "Simurq” 

səfərdə "Xəzər Lənkəran”ın qonağı olub. Bu oyunda hesab açılmayıb.


28 may (cümə axşamı)

 

21:00. "Xəzər Lənkəran”– "Simurq” - 0:0

"Xəzər Lənkəran” mərkəzi stadionu


20:00. "Neftçi” – AZAL 1:1

Qollar: Elşən Abdullayev, 60 (1:0), Nicat Qurbanov, 83 (1:1)

Qırmızı vərəqələr: Orxan Lalayev, 54 (AZAL), Əziz Quliyev, 74 ("Neftçi")

8-ci kilometr qəsəbə stadionu

 

20:00. "Qəbələ” – "Bakı” - 3:0 

Qollar: Viktor Mendi, 7 (1:0), Ekiqo Ehiosun, 13 (2:0), 23 (3:0)

Qəbələ şəhər stadionu


19:00. "Sumqayıt” – "İnter” - 3:1 

Qollar: İlkin Sadıqov, 7 (0:1), Pərdis-Fərcad Azad, 36 (1:1), Məhəmməd Qurbanov, 45 (2:1), 66 (3:1)

"Kapital Bank”

 

Bombardirlərrr

Nurlan Novruzov ("Bakı") - 15 qol
Draqan Çeran ("Simurq") - 14 qol
Freddi Mombonqo (AZAL) - 13 qol
Nikolas Kanales ("Neftçi") - 11 qol 
Cavid Hüseynov ("Qəbələ") - 11 qol
Məhəmməd Qurbanov ("Sumqayıt”) - 11 qol
Reynaldo Silva ("Qarabağ") - 10 qol


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol