Sputnik Azərbaycan parlament seçkiləri haqqında xüsusi məruzədə danışdı

17:55 | 27.10.2015
Sputnik Azərbaycan parlament seçkiləri haqqında xüsusi məruzədə danışdı

Sputnik Azərbaycan parlament seçkiləri haqqında xüsusi məruzədə danışdı

Sputnik Azərbaycan beynəlxalq informasiya agentliyi sputnik.az portalında Azərbaycan və rus dillərində «Parlament seçkiləri» bölməsini oxuculara təqdim edib.

Burada ölkədə 2015-ci ilin parlamentə seçkilərin ən mühüm xəbərləri toplanıb. Bölmədə seçkiqabağı tədbirlərin bütün mərhələləri barədə məlumatları və Azərbyacanda seçki ərəfəsində ictimai-siyasi durum haqda şərh və təhlilləri yerləşdirilib. 

Sputnik Азербайджан bununla yanaşı "Azərbaycan seçkilər ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya” adlı məruzınin hazırlanmasına cəlb edilmiş Azərbaycan və Rusiya siyasətşünas, iqtisadçı və KİV nümayəndələrindən ibarət qrupda iştirak edib. 27 oktyabr tarixində "Rossiya segodnya” Beynəlxalq multimediya mətbuat mərkəzində təşkil olunmuş Moskva-Baku videokörpüsü çərçivəsində məruzənin təqdimatı keçirilib.

Sputnik Azərbaycanın baş redaktoru Gülnarə Məmmədzadə videokörpüdə iştirak edərək dedi: "Sputnik Azərbaycan ölkənin əsas KİV-ləri kimi seçki kampaniyasını hərtərəfli və geniş işıqlandırır. Lakin bizim imkanlarımız və təcrübəmiz bunu bir qədər başqa cür, seçkilər barədə xüsusi məruzə formatında etməyə şərait yaradır. Bu məruzədə ölkədəki seçkiqabağı vəziyyət və qarşıdan gələn parlament seçkilərinin ölkə inkaşıfına təsiri təhlil edilir”. Həmçinin, o, məruzənin hazırlanmasında Azərbaycan ekspertlərinin dəfələrlə Sputnik Azərbaycanın materiallarına müraciət etdiklərini vurğuladı.

Azərbaycanda parlament seçkiləri 2015-ci il 1 noyabr tarixində keçiriləcək.

Mərkəzi seçki komissiyası tərəfindən  1200 nəfərdən çox adam namizəd kimi qeydə alınıb. Seçki günü səsverməni təxminən 60 min yerli və 500 xarici müşahidəçi izləyəcək.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri  özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb