Ssenari müsabiqəsi elan olundu

19:19 | 04.04.2014
Ssenari müsabiqəsi elan olundu

Ssenari müsabiqəsi elan olundu

Azərbaycan Prodüserlər Gildiyası “Geniş baxış - 2” tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan etmişdir.AzərTAc xəbər verir ki, müsabiqənin məqsədi geniş tamaşaçı auditoriyasının marağını qazanan, janrından asılı olaraq keyfiyyətli kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək vermək, onların ekranlara çıxmasını təmin etmək, gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsinə şərait yaratmaq, həmçinin xarici kino təşkilatlarını, yerli prodüser mərkəzləri ilə “co-production” layihələrinə cəlb etməkdir.Müsabiqəyə istənilən janrda, tammetrajlı bədii film üçün nəzərdə tutulmuş işlər qəbul olunur. Qaydalara əsasən müsabiqənin nəticələri gildiyanın 14 təsisçi üzvü və müstəqil ekspertləri tərəfindən müəyyən ediləcəkdir. Müsabiqənin qaliblərinin adı sentyabrın 1-dək açıqlanacaqdır. İki qalib ssenari gildiya təsisçilərinin prodüserliyi ilə istehsal ediləcəkdir.Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə barədə əlavə məlumatı www.azerbaijanfilm.az saytından əldə etmək olar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb