ÜST Britaniyanı kütləvi peyvəndləməni dayandırmağa çağırdı

09:07 | 31.01.2021
ÜST Britaniyanı kütləvi peyvəndləməni dayandırmağa çağırdı

ÜST Britaniyanı kütləvi peyvəndləməni dayandırmağa çağırdı

Birləşmiş Krallıq və digər ölkələrin səlahiyyətliləri ilk mərhələdə əhalinin koronavirusa qarşı sürətli kütləvi peyvənd edilməsi planlarından imtina etməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris bu barədə BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin ölkələr yalnız vətəndaşlarının ən həssas təbəqələrini vaksinlə təmin etməlidirlər ki, dünyada daha çox insan dərman əldə edə bilsin:

"Britaniyalılara üz tuturuq: "Siz gözləyə bilərsiniz”.

Hesab edirik ki, səhiyyə işçilərini və koronavirusla yoluxma riski artan insanları peyvənd edən ölkələr başqalarının dərman əldə etməsini təmin etməlidirlər”.

Harris bu cür yanaşmanın yalnız mənəvi baxımdan deyil, iqtisadi baxımdan da doğru olacağını vurğulayıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb