Sumqayıt hadisələrinin təşkilatçısı Qriqoryan indi haradadır? - FOTOLAR

11:10 | 15.09.2016
Sumqayıt hadisələrinin təşkilatçısı Qriqoryan indi haradadır? - FOTOLAR

Sumqayıt hadisələrinin təşkilatçısı Qriqoryan indi haradadır? - FOTOLAR

Onun yeri müəyyən edilib

ANN.Az xəbər verir ki, bir müddət öncə Azərbaycanın hüquq-mühafizə orqanları 1988-ci il Sumqayıt hadisələrinin əsas təşkilatçısı olan Eduard Qriqoryanın yerini müəyyən etmişdilər.

Məlumatlara görə, hazırda o, Rusiyanın Sergiyevo-Posadsk rayonunda yaşayır. 
 


Keçmiş SSRİ-nin dövlət təhlükəsizliyi komitəsi 1988-ci il 26-29 fevralda baş verən Sumqayıt hadisələri ilə bağlı təhqiqatlar apararaq müəyyən ediblər ki, tarixin bu faciəvi səhifəsinin yazılmasında əsas təşkilatçılar məhz ermənilər olub.

Həmin hadisələrin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
 
 

1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.
 
 

İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı(Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı: "Qartal", 1998, səh. 59).
 


1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.
 
 

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb.

Ancaq SSRİ Prokurorluğunun təhqiqat qrupu özbaşınalıqların əsl təşkilatçılarının ifşa edilməsi üçün mühüm rol oynayan material və faktları gizlədib. Bundan əlavə, Sumqayıt hadisələri zamanı saxlanılan və erməni soyadını daşıyan şəxslər zərərçəkmişlər siyahısına aid edilib və azadlığa buraxılıb.
 


Xüsusi hiyləgərliyi sayəsində Sumqayıt hadisələrinin əsas "qəhrəmanı" Eduard Qriqoryan sağ qalıb və hazırda Rusiyanın Sergiyevo-Posadsk rayonunda yaşayır. 2008-ci ildə təkrar araşdırmalar zamanı Qriqoryan təsadüfən bildirdi ki, sözügedən rayonda bir xalası yaşayır. O bildirib ki, doğma xalası onun bacısı və ailəsi ilə görüşürdü.

Sumqayıt hadisələrindən sonra Qriqoryan çox az müddətdə həbsdə olub: 1991-ci ildə Rusiya onu cəzasını çəkməsi üçün Ermənistana təhvil verdi. Ermənistana ekstradisiya olunmuş cəllad Ermənistanda azad edildi və bir müddət sonra Rusiyaya qayıdıb.

Azərbaycanın hüquq-mühafizə orqanları dəfələrlə Rusiya Federasiyasına sorğular göndərsə də, Eduard Qriqoryanın cəzadan yayınaraq Sergiyevo Posadda yaşdığını yazmasına baxmayaraq, heç bir cavab verilməyib və əli günahsız insanların qanına bulaşmış bu cinayətkar Moskva yaxınlığında həyat sürməyə davam edir.
 
Rəşid MUSTAFAZADƏ

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb