Suriyada Rusiya helikopteri vurulub

16:45 | 01.08.2016
Suriyada Rusiya helikopteri vurulub

Suriyada Rusiya helikopteri vurulub

Suriyanın İdlib əyalətində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus "Mi-8" helikopteri vurulub. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi helikopterin vurulması xəbərini təsdiqləyib. 

Helikopterin göyərtəsində 5 nəfər olub. 3 ekipaj üzvü və Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin 2 zabitinin taleyi aydınlaşdırılır. 

"Twitter" sosial şəbəkəsində hadisə yerindən fotoşəkillər dərc olunub. Həmin fotolarda ekipaj üzvlərinin yanmış cəsədləri görünür. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb