Sürücülərə vacib xəbərVİDEO

14:47 | 20.11.2017
Sürücülərə vacib xəbər – VİDEO

Sürücülərə vacib xəbərVİDEO

ASAN xidmətin sürücülər üçün yaratdığı xidmətlərdən biri olan Asanpay.az saytında elektron kabineti olan sürücülərə vacib xəbər var. 

Anews.az Avtosfer.az-a istinadən bildirir ki, bu işlər bitdikdən sonra sayta yeni bir özəllik əlavə edilib.

Bundan sonra elektron kabineti olan sürücülər onlara tərtib edilmiş elektron protokollara əlavə olunan videogörüntüləri rahatlıqla izləyə biləcək.

Elektron kabinetdən çıxarılmış videolardan birini təqdim edirik. Həmin video DYP avtomobilindəki İ-patrul sistemi vasitəsilə qeydə alınıb və sürət həddini aşan bir avtomobili qeydə alıb.

Hər bir sürücü qayda pozuntularına dair foto və videolarla tanış olmaq istəyirsə, Asanpay.az saytında qeydiyyatdan keçərək özünə elektron kabinet yaratmalıdır. Asanpay.az saytına daxil olduqdan sonra qeydiyyat üçün sadə proseduru keçib bu işi heç bir ödəniş etmədən həyata keçirə bilərsiniz ki, gələcəkdə hansısa qayda pozuntusu olarsa, dərhal məlumat ala və foto-videolarla tanış ola biləsiniz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb