Sürücüsüz ilk avtobus istifadəyə verildi - FOTOLAR

10:47 | 19.10.2016
Sürücüsüz ilk avtobus istifadəyə verildi - FOTOLAR

Sürücüsüz ilk avtobus istifadəyə verildi - FOTOLAR

ABŞ-ın Neşnel-Harbor şəhərində 3D printer vasitəsilə çap olunmuş ilk Olli robot-avtobusları xəttə buraxılıb.

ANN.AZ buro247.az-a istinadən xəbər verir ki, "Local Motors" şirkətinin istehsalı olan mikroavtobuslar 12 nəfər üçün nəzərdə tutulub, yol boyu isə yaxınlıqdakı restoran və əyləncə yerləri barədə məlumat verir. Robot-avtobus elektriklə çalışır və "ağıllı" IBM Watson proqramı ilə təchiz edilib. Nəqliyyat vasitəsinin idarə olunması üçün sürücüyə ehtiyac yoxdur, onun marşrutunu onlayn rejimdə operatorlar təyin edirlər.  Avtobusu mobil tətbiqetmənin köməyilə çağırmaq mümkündür.

Artıq ABŞ-ın Neşnel-Harbor şəhərin 10 Olli avtobusu xəttə buraxılıb. İlin sonunda isə şirkət Mayami-Deyd və Las-Veqasda da robot-avtobusları təqdim etmək niyyətindədir.
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb