Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü - FOTOLAR

16:01 | 09.06.2016
Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü - FOTOLAR

Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü - FOTOLAR

Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko ilə görüşüb. 

ANN.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki,  Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko, Dünya Bankının iqtisadçısı Moritz Meyer, Dövlət sektoru üzrə aparıcı mütəxəssisi Amitahba Muxerci və Baş əməliyyatlar üzrə məsləhətçisi Səidə Bağırlının iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycada uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verib. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışan Komitə sədri dayanıqlı iqtisadi inkişafa nail olunmasında və onun saxlanılmasında dəqiq statistikanın xüsusi əhəmiyyətini vurğulayıb. Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, eyni zamanda beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko səmimi görüşə görə məmnunluğunu ifadə edib. O, Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirdiyini bildirib. Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında həyata keçirilən əməkdaşlıq barədə danışan Qreqori Kisunko əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "2017-2030-cu illər üçün Statistikanın İnkişafına dair Milli Strategiya, o cümlədən 2017-2022-ci illər üçün İnstitutlaşdırma, İnsan və İKT Potensialının İnkişaf Etdirilməsi üzrə Hərtərəfli Plan” ilə əlaqədar sənədlər paketi Dünya Bankına təqdim edilib. Ötən dövr ərzində bu layihə sənədləri ilə bağlı Dünya Bankının Bakı və Vaşinqtondakı ofisləri ilə bir sıra müzakirələr aparılıb və layihənin ilkin versiyası hazırlanıb.

Görüşdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi, qarşıda duran məsələlərin və planlaşdırılan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM