Tahir İmanov: Niyə tənqid etməyim e səni?

20:06 | 17.04.2014
Tahir İmanov: Niyə tənqid etməyim e səni?

Tahir İmanov: Niyə tənqid etməyim e səni?

“Planet Parni iz Baku” KVN teatrı Heydər Əliyev Sarayında “Analoqu olmayan” adlı konsertinə hazırlaşır.Konsert öncəsi “Planet Parni iz Baku” komandasının üzvləri kulis.az internet dərgisinə hazırlanan parodiyalarla bağlı giley-güzar edib.“Heydər Əliyevin vaxtında bəzi məmurlar gəlib deyirdi ki, bizi də parodiya edin. Hətta Heydər Əliyev səhnə arxasında bizimlə görüşəndə adını çəkmək istəmədiyim bir nəfər öz parodiyasına pis yanaşdı. Heydər Əliyev onun cavabını yerindəcə verdi. Kadrlarda da var. O özü deyirdi ki, əgər məni parodiya edirsinizsə, heç kəs sizə bir söz deyə bilməz”, - komandanın üzvü Azər Məmmədzadə vurğulayır.Tahir İmanovun sözlərinə görə, məmurlar konsertqabağı zəng edib deyirlər ki, onları parodiya etməsinlər:“İndi həmin məmurlar konsertqabağı zəng vururlar ki, bizim haqqımızda heç nə olmasın. Niyə tənqid etməyim e səni? Heydər Əliyevin qurduğu azad, demokratik ölkədə yaşayıram. Bizim idman federasiyalarında rəhbər bizim nazirlərdir.Yaxşı olardı ki, bizim də bir KVN federasiyamız olardı. Ən azı bu yaşda gedib sponsorların qapısını döyməzdik, sponsorların nazıyla oynamazdıq. Hansısa bir əcnəbi gəlib mənə mənim reytinqimdən danışır. Bakcell-də mənə deyirlər ki, 18 milyon reklam büdcəmiz var, amma bir qəpik də sizə verməyəcəyik. Cabirlə ikimiz qapını çırpıb çıxdıq. Onun ətrafında olan azərbaycanlılara da bir-iki yağlı söz dedik.Çünki onlar da qorxaqdırlar. Amma sabah çox hörmətli prezidentimiz İlham Əliyev konsertimizə gəlsə, sizi inandırıram bütün Nazirlər Kabineti orda olacaq və biz onda onlara deyəcəyik ki, bilet yoxdur. Mənim arzumdur ki, cənab prezidentimiz konsertimizə gəlsin.O gözəl mühiti yaşayaq. Bu, sözlə deyiləsi deyil. Ümummilli liderimiz konsertə gələndə başqa bir aura yaranırdı. Məsuliyyətimiz ikiqat artırdı. Çünki Heydər Əliyev bizim bir nömrəli tamaşaçımız idi. Biz bir növ imtahan verirdik”.Qeyd edək ki, konsert 25, 26, 27 aprel tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM