2040-ci ilə qədər taksidən istifadə edənlərin sayı azalacaq

14:45 | 08.01.2024
2040-ci ilə qədər taksidən istifadə edənlərin sayı azalacaq

2040-ci ilə qədər taksidən istifadə edənlərin sayı azalacaq

2040-cı ilə qədər taksidən istifadə edənlərin sayının azalacağı gözlənilir. Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.

Planda bunun əsas səbəbinin ictimai nəqliyyatın keyfiyyət və kəmiyyətinin əhəmiyyətli dərəcədə artması, həmçinin taksilərdən daha ucuz qiymətə xidmət göstərməsi və fərdi avtomobillərin sayının artması göstərilib.

2040-cı ildə ictimai nəqliyyatın ümumi səfərlərdə payı 37,8%, 52,0%, 54,4%, 56,8%, yerdə qalan fərdi minik avtomobillərinin payı isə 40%, 59,4%, 45,3%, 42,9% təşkil etdiyi hallarda taksi nəqliyyatının payı 2,7% olacağı ehtimal edilir.  

Dövlət Statistika Komitəsinin son hesabtına görə, sərnişinlərin 5,5 faizi taksidən istifadə edib.
 
2023-cü il oktyabrın 1-də "Avtomobil nəqliyyatı haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qüvvəyə minib. 
 
Ötən ilin dekabrda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev Bakıda taksi xidmətindən istifadə edənlərin sayı 14% azaldığını açıqlayıb.

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM