TANAP-ın inşası 2018-ci ilin dekabrında yekunlaşacaq

11:36 | 14.09.2016
TANAP-ın inşası 2018-ci ilin dekabrında yekunlaşacaq

TANAP-ın inşası 2018-ci ilin dekabrında yekunlaşacaq

Trans-Anadolu Boru Kəmərinin (TANAP) Türkiyədəki son hissəsinin çəkilişini "Limak" (Türkiyə)-"Punj Lloyd" (Hindistan)-"Kalyon Group" (Türkiyə) şirkətlər konsorsiumu həyata keçirəcək.
 
"Report” xəbər verir ki, boru kəməri 2018-ci ilin dekabrın 28-də tamamlanacaq.

Məlumata görə, "Limak” şirkəti hazırda 4 ortağı ilə 3 hava limanının inşasını davam etdirir. Həmçinin, 3 körpüyə bağlanan yolların da inşasını bitirməyi hədəfləyib.

"Limak”ın İdarə Heyətinin sədri Nihat Özdemir deyib ki, TANAP-ın 4-cü mərhələsinin uzunluğu ümumilikdə 459 km-dir və artıq işlərə başlanılıb. Qurum rəsmisi həmin ərazidə boruların 48 düyümlük olduğunu da açıqlayıb: "O nöqtədən bizə aid dolan bölümün birinci hissəsi artıq bitmək üzrədir. Sonra bir dəniz keçidi var. Onun da inşası həyata keçiriləcək. Dənizi keçdikdən sonra Yunanıstan sərhədinə qədər olan hissəni də inşa edəcəyik. TANAP-da görəcəyimiz işlərin dəyəri 413 mln. dollar təşkil edir. 2018-ci ilin dekabrın 28-ə işləri təhvil verməyi planlaşdırırıq”.

N.Özdəmir deyib ki, hazırda TANAP üzrə işlərə 1 400 nəfər cəlb edilib: "Hazırda TANAP üzrə işlərimizdə 1 400 nəfər çalışır, 2 sabit, 3 hərəkətli iş sahəsi yaratmışıq. Layihədə hindlilər də işləyir”.

Xatırladaq ki, TANAP-da SOCAR-ın 58%, "BOTAŞ"ın 30% və BP-nin 12% payı var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb