Bu günlərdə məlum oldu ki, Belarusdan Azərbaycana hərbi texnikanın növbəti partiyasının çatdırılması üzrə yeni müqavilə bağlanıb.
” Virtualaz.org-a istinadən xəbər verir ki, yerli 42.TUT.BY nəşri bu kontekstdə Belarusun Azərbaycana indiyə qədər çatdırdığı hərbi texnikanın siyahısını təqdim edib.
Amma beynəlxalq sazişlər haqqında məlumatların müəyyən hissəsi BMT-nın Silahsızlaşdırma məsələləri üzrə idarəsinin saytında əlçatandır.
T-72 tankları ekipaj üçün yaxşı müdafiəni təmin edir və uğurlu vəziyyətdə PTUR zərbəsinə tab gətirə bilir. Kalibri 125 millimetr, döyüş kütləsi 41 ton, ekipajı 3 nəfərdən ibarətdir.
Ağır artilleriya divizionu
2008-2009 illərdə Belarus Azərbaycana on iki özüyeriyən artilleriya qurğusu (ÖAQ) "Pion” satıb. Bu, bütöv bir diviziondur.
Maksimum atəş məsafəsi təxminən 47,5 km-dir.
6 diviziondan çox artilleriya qurğusu ("qaubitsa”)
2009 və 2012-ci illərdə Belarus Azərbaycana iki mərhələdə 122 mm kalibirlik 120 D-30 artilleriya qurğusu çatdırıb.
Hücum eskadrilyası
2009-dan 2012-ci ilə qədər Balarusdan on bir Su-25 hücum təyyarəsi alınıb.
Su-25 artıq 40 ildən çoxdur ki, dünyanın müxtəlif ordularının silahlanmasına daxildir. Bu "uçan tank"ın pilotu 12,7, ən təhlükəli istiqamətlər üzrə isə 30 millimetrə qədər kalibrli istənilən lüləli silahdan açılan atəşdən praktik olaraq tam qorunur.
Zenit kompleksləri
2007-ci ildə Azərbaycan "Osa-AKM" ZRK-sının "Osa-1T" səviyyəsinə qədər müasirləşdirilməsinə dair müqavilə bağlanmışdı. Müasirləşdirmə ilə Belarusun "Tetraedr" müəssisəsinin mütəxəssisləri məşğul oldular və onu üç il ərzində başa çatdırdılar. Müasirləşdirmə nəticəsində "Osa-1T"nin xidmət müddəti daha 15 il uzadıldı.
Azərbaycana, həmçinin sovet kompleksi "Buk-M1”in tam müasirləşdirilmiş "Buk-MB" ZRK-ları çatdırılıb. Onlar 26 iyun 2013-cü ildə Bakıda keçirilən paradda nümayiş etdirilib. 2014-cü ilin sentyabrında isə Azərbaycanın Silahlı Qüvvələri "Buk-MB" ZRK-sının ikinci batalyonunu aldı.
Belarus mütəxəssisləri S-125 ZRK-sının "Peçora-2T" səviyyəsinə qədər müasirləşdirməsində də iştirak ediblər. Dünya Silah Ticarətinin Analizi Mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycan Belarusa hələ 2011-ci ildə sifariş etdiyi S-125-TM "Peçora-2T”nin doqquz divizionunu (27 işəsalma qurğusu) aldı.
Raket kompleksləri
Hazırda Azərbaycana on "Polonez" raket kompleksinin çatdırıldığı bildirilir. Bu kompleks üzrə bir çox informasiyalar hələ də "məxfi" qrifi altındadır.
Bununla belə, məlumdur ki, "Polonez”in üzərində döyüşə hazır 8 raket var. Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm-dir, çəkisi isə 750 kq-a çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 "Polonez”dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür.
Polonez”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 "Astroloq” adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, "Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !