Tanınmış reper Hüseyn Dərya vəfat etdi

13:05 | 15.03.2014
Tanınmış reper Hüseyn Dərya vəfat etdi

Tanınmış reper Hüseyn Dərya vəfat etdi

Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib.Bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib. Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını dəyişib. Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb