Tbilisinin gəzməli yerləri: Rike parkı - FOTO

15:21 | 06.06.2016
Tbilisinin gəzməli yerləri: Rike parkı - FOTO

Tbilisinin gəzməli yerləri: Rike parkı - FOTO

Rüstəm Qasımov

Bu gün biz sizlərə Tbilisinin ən maraqlı məkanlarından birindən - Rike parkından fotolar təqdim edəcəyik. Bu mənzərəli yer köhnə Tbilisinin sahilində, Kür çayının qırağında yerləşir. Park 2010-cu ildə açılıb və Gürcüstanın müstəqilliyi gününə həsr olunub. Park Tbilisidə çox populyardır, xüsusilə yayda burada istirahət edən saysız-hesabsız turist görmək olar. 

Rike parkında Gürcüstanın ən maraqlı obyektlərindən biri - şüşə körpü yerləşir. 150 metr uzunluğundakı poladdan quraşdırılmış və şüşəylə örtülmüş körpü keçmiş gürcü prezidenti Mixail Saakaşvilinin təşəbbüsü ilə tikilib və 2010-cu ildə rəsmən açıq elan edilib. Bu körpüyə baş çəkmək demək olar ki, Tbilisiyə baş çəkən hər bir turistin başlıca missiyalarından biridir. Körpünün memarı italyan Mikele de Lukkidir, o həmçinin Gürcüstan Daxili işlər nazirliyinin yeni binasının memarıdır. İşıqlandırma dizayneri isə fransız Filip Martinodur. 

Rike parkında hal-hazırda daha bir möhtəşəm bina Tbilisi musiqi və dram teatrı tikilir. Bu tikilinin də memarı italyandır - Massimiliano Fuksas. Ancaq bəzi tbilisililər bu tikilini sadəcə olaraq "Borular" adlandırırlar. 

Oxucularımıza Rike parkından çəkdiyimiz fotosessiyanı təqdim edirik. 

Xoş seyrlər: 
 





































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb