Təhsil Nazirliyi və "Asan Radio" yeni layihəyə başlayıb

22:02 | 01.06.2016
Təhsil Nazirliyi və

Təhsil Nazirliyi və "Asan Radio" yeni layihəyə başlayıb

 Təhsil Nazirliyi və "Asan Radio" "ASAN məktəb” layihəsinə start verir.

"Report”un xəbərinə görə, layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir. "ASAN məktəb” verilişində təhsil sahəsi ilə bağlı müzakirələr aparılacaq və dinləyiciləri maraqlandıran suallara ətraflı cavab veriləcək. 

ADA Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdalın aparıcılığı ilə həftədə bir dəfə yayımlanacaq verilişin ilk qonağı Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev olacaq. Verilişdə Azərbaycanda dərs ilinin müddətinin uzadılması və bununla bağlı mövcud olan dünya təcrübəsindən danışılacaq. 
"ASAN məktəb” proqramı iyunun 1-də saat 15:00-da yayımlanacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb