Təmirdən sonrakı Şirvanşahlar sarayı - FOTOLAR

17:46 | 01.10.2014
Təmirdən sonrakı Şirvanşahlar sarayı - FOTOLAR

Təmirdən sonrakı Şirvanşahlar sarayı - FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Beynəlxalq Turizm Günündə muzeylərdə "açıq qapı günü" keçirildi və ziyarətçilər muzeylərə pulsuz daxil oldular.Sonradan məlum oldu ki, heç də bütün Bakı muzeyləri bu qaydaya tabe olmayıb və ziyarətçiləri bilet almağa məcbur ediblər. Məsələn, Tarix və Ədəbiyyat muzeyinə giriş pullu idi. Mühafizəçilərin sözlərinə görə, bu muzeylər Azərbaycanın Milli Elmlər Akademiyasının tabeçiliyindədir və buna görə də Beynəlxalq Turizm Günündə bütün ziyarətçilərin üzünə qapını açmırlar.Azərbaycanın muzey sferasında qəribə uyğunsuzluq müşahidə edildi. Axı turistlər hardan bilsinlər ki, bizim muzeylərimizin müxtəlif sahibləri var?! Biriləri üçün 27 sentyabr - peşə bayramıdır, başqası üçün isə adi gün. Düşünmürəm ki, belə uyğunsuzluq, bakılıların və şəhərimizə gəlmiş qonaqların xoşuna gəlsin.27 sentyabr – “Açıq qapı” günündə ANN.Az saytının əməkdaşının baş çəkdiyi ən maraqlı tarixi-memarlıq muzeylərimizdən biri - "İçəri Şəhər" kompleksində yerləşən Şirvanşahlar Sarayı olub.Muzeyi Norveç mütəxəssisləri əsaslı şəkildə təmir edib, burada eksponatlar haqqında məlulumat verən müasir texnologiya vasitələri quraşdırılıb.İndi isə buyurun, siz də muzeyi qiyabi də olsa, səyahət edin:

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb