Təmirsiz vəziyyətdə təhvil verilən binalarda təhlükə yarana bilər - VİDEO

23:45 | 23.09.2016
Təmirsiz vəziyyətdə təhvil verilən binalarda təhlükə yarana bilər - VİDEO

Təmirsiz vəziyyətdə təhvil verilən binalarda təhlükə yarana bilər - VİDEO

Əksər tikinti şirkətləri mənzilləri alıcılara təmirsiz vəziyyətdə təhvil verirlər. Bu isə həmin binaların gələcəkdə istismarında, eləcə də təmirində ciddi çətinliklər yaradır.

Halbuki, bir çox qabaqcıl ölkələrdə tikinti şirkətləri mənzilləri ancaq təmirli olaraq satırlar.

Məsələn, biri evini bu gün, digəri isə 2 il sonra və ya daha gec təmir etdirir. Bu isə fasiləsiz səs-küyə, elektrik sisteminə fərdi müdaxilələrə, binaların görkəminin ciddi şəkildə pozulmasına səbəb olur.

Qabaqcıl ölkələrin bir çoxunda tikinti şirkətləri adətən mənzilləri təmirli şəkildə satmağa üstünlük verirlər. Çünki bu binalarda yaşayış daha real və tez başa gəldiyindən insanların daha çox marağını çəkir.

Əmlak eksperti Ramil Osmanlı bildirir ki, tikinti şirkətləri təmirli mənzilə görə ümumi vəsaitin üzərinə çox pul qoyduğundan insanların bu mənzillərə marağı azalır.

Ekpertin sözlərinə görə, halbuki, tikinti şirkətləri təmirlə bağlı bütün materialları çox ucuz qiymətə ala bilirlər.

Ramil Osmanlının fikrincə, təmirsiz mənzil satan şirkətlər adətən marketinq və müştəri məmnuniyyəti məsələsində təcrübəsiz olanlardır. Ancaq mütəxəssisin fikrincə, yaxın zamanlarda tikinti şirkətləri təmirli mənzilə görə qiyməti aşağı salmalasalar qısa vaxtda bazardan çıxmalı olacaqlar. Çünki bu zamanın tələbidir.

Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda təmirli mənzil satan şirkətlərin sayı artmaqdadır. Buna görə də bazarda bu sahədə rəqabət yarandığından təmirli mənzillərin qiymətlərinin aşağı düşməsi gözləniləndir.

ANN.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb