• $
  • £

Azərbaycan orbitə “Zəfər” peyki buraxıb

Azərbaycan orbitə “Zəfər” peyki buraxıb
03.12.2025 23:44

Azərbaycanın tarixində ilk dəfə “Zəfər” məktəbli peyki orbitə çıxarılıb.Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, peyki orbitə “SpaceX” şirkətinin “Falcon 9” raketi buraxıb.

“PocketQube” tipli, ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Texnologiya 16:50
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
“WhatsApp”ın alternativi istifadəyə verildi
Texnologiya 23:20
“WhatsApp”ın alternativi istifadəyə verildi
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
“Amazon” süni intellektlə işləyən smartfon üzərində işləyir
Texnologiya 19:00
“Amazon” süni intellektlə işləyən smartfon üzərində işləyir
Azərbaycanda elektron məhsullarının istehsalı azalıb
Texnologiya 17:26
Azərbaycanda elektron məhsullarının istehsalı azalıb
"Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırıb
Texnologiya 19:29
"Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırıb
Azərbaycan süni intellekt üzrə Qafqazda birinci, Mərkəzi Asiyada ön sıralardadır
Texnologiya 12:28
Azərbaycan süni intellekt üzrə Qafqazda birinci, Mərkəzi Asiyada ön sıralardadır
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Texnologiya 21:20
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol