Moskvanın Şeremetyevo hava limanında baş vermiş qəzada nəticəsində zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır.
Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. O vurğulayıb ki, hələlik qəza nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.
Hazırda Azərbaycanın səfirliyi bu məsələ ilə bağlı Rusiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !