Tıxacda gedən sürücü "radar"a düşdü: DYP onu 40 manat cərimələdi - VİDEO

20:02 | 09.07.2018
Tıxacda gedən sürücü

Tıxacda gedən sürücü "radar"a düşdü: DYP onu 40 manat cərimələdi - VİDEO

Bakıda qəribə hadisə yaşanıb.
Anews.az azxeber.com-a müraciət edən Nazim Ələkbərov adlı sürücü bildirib ki, tıxacda getdiyi halda ona radar gəlib.
Sürücü iddia edir ki, Dövlət Yol Polisinin bu cəzası qanunsuzdur: "Bakı - Quba yolunun 7.4 kilometrliyində, 20 yanvar yaxınlığında tıxacda yol gedirdim. Mənim idarə etdiyim 90-CA-171 seriyalı Mercedes - 190 avtomobilinə DYP-dən cərimə gəlib. Onlar iddia edir ki, guya mən yol hərəkətinin və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişəm. Əslində isə mən o yolda istəsəm də, qaydanı poza bilməzdim. Çünki orada tıxac idi və manevr etmək mümkünsüz idi".
Nazim Ələkbərov deyib ki, pozmadığı qaydaya görə 40 AZN cərimələnib. 
Sürücü həmin görüntüləri də azxeber.com-a təqdim edib.
Görüntülərdən də məlum olur ki, Mercedes-190 qaydaları pozmur. Həmin qaydanı taksi sürücüsü pozur. 
Həmin videonu təqdim edirik:

Tıxacda olan avtomobil radara düşdü

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb