Toni Kroos "Mançester Yunayted"lə anlaşdı

19:24 | 22.05.2014
Toni Kroos "Mançester Yunayted"lə anlaşdı

Toni Kroos "Mançester Yunayted"lə anlaşdı

"Bavariya" klubunun yarımmüdafiəçisi Toni Kroos yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, almaniyalı futbolçu "Mançester Yunayted"lə anlaşıb.

"Bavariya" ilə müqavilə yeniləməkdən imtina edən 24 yaşlı futbolçu "Mançester Yunayted"ə transfer olunmağa razılıq verib. Bu transfer "qırmızı şeytanlar"a 40 milyon funta başa gələcək. Kroos yeni komandasında həftəsinə 260 min funt qazanacaq.

Qeyd edək ki, Almaniya millisinin üzvünün dünya çempionatına qədər "Mançester Yunayted"lə müqavilə imzalayacağı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb