Tramp İrandakı etirazçıları dəstəkləyir

11:15 | 01.01.2018
Tramp İrandakı etirazçıları dəstəkləyir

Tramp İrandakı etirazçıları dəstəkləyir

Biz bütün tərəfləri dinc şəkildə fikir ifa etmək fundamental hüququnu müdafiə etməyə və senzuraya yardımçı olacaq bütün addımlardan daşınmağa çağırırıq.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin rəsmi nümayəndəsi söyləyib. O bildirib ki, İran xalqının öz mövqeyini dinc şəkildə ifa etməsini dəstəkləyirlər.

Həmçinin ABŞ Prezidenti Donald Trapm da etirazçılara öz dəstəyini ifadə edib. O etirazlar zamanı internetin kəsilməsini qınayıb.

Qeyd edək ki, korrupsiya və işsizliyə görə İranda dekabrın 28-dən etiraz aksiyaları başlayıb. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb