Türkiyədən "soyqırım" açıqlaması

19:31 | 12.03.2014
Türkiyədən "soyqırım" açıqlaması

Türkiyədən "soyqırım" açıqlaması

"Biz tariximizlə üzləşməyə hazırıq". ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib. Çiçək Kanada parlamentinin 1915-ci il hadisələrini-erməni soyqırımı iddialarını qəbul edən qərar verməsini Türkiyəni kədərləndirdiyini deyib. C.Çiçək Kanada parlamentinin nümayəndəsi Andre Şeer ilə görüşüb. Görüşdə türk dövlət rəsmisi erməni soyqırımı iddialarını yenidən gündəmə gətirib. "Dostlarımızla hər mövzuda danışa bilərik". O, Türkiyənin uzun illər terrorla mübarizə apardığını və böyük acılar çəkdiyini deyib. O, çox sayda türk diplomatının ASALA terror təşkilatı tərəfindən iş başında şəhid edildiyini, Lissabonda qardaşı oğlu ilə həyat yoldaşının qətlə yetirildiyini deyib. Çiçək erməni məsələsinin Türkiyə üçün çox önəmli olduğunu dilə gətirib. "Bir topluma edilə biləcək ən böyük haqsızlıq, təhqir gerçək olmadığı halda o ölkənin insanlarının soyqırım törətməkdə ittiham edilməsidir. Türkiyə belə haqsız ittihamla üz-üzədir və təəssüf ki, bu ittihamlara parlamentlər alət edilirlər. Bunun hüquqi baxımdan beynəlxalq hüquqda qəbul edilən soyqırımla yaxından-uzaqdan əlaqəsi yoxdur. Biz tariximizlə üzləşməyə hazırıq. Bizim məhkumluğumuz yoxdur, bu günə kimi də olmayıb". O, Türkiyənin 2005-ci ildə bütün parlamentlərə sənəd və arxivləri ortaya qoyması barədə müraciət etdiklərini xatırladıb. "Komissiyadan nə çıxsa buna hazırıq". ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb