Türkiyə Avropa İttifaqı qarşısında şərt qoydu

12:28 | 01.08.2016
Türkiyə Avropa İttifaqı qarşısında şərt qoydu

Türkiyə Avropa İttifaqı qarşısında şərt qoydu

Bu, təhdid olaraq görülməməlidir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türk vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səyahət edə bilmələri üçün oktyabr ayına qədər vaxt verib.

Oxu.Az xəbər verir ki, Almaniyanın "Frankfurter Allgemeine Zeitung” agentliyinə danışan nazir, əks təqdirdə Aİ ilə mühacir mövzusunda imzalanan 18 mart tarixli razılaşmanın ləğv ediləcəyini bəyan edib. 

Çavuşoğlu bu təklifi təhdid olaraq da görülməməsinin tərəfdarı olduğunu deyib:

"Türkiyə hökuməti Aİ-dən bu məsələ ilə bağlı cavab gözləyir. Bu, oktyabr ayının əvvəli və ya ortası ola bilər, amma biz qəti bir tarix gözləyirik”, - deyə nazir sözlərinə əlavə edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb