Türkiyədə sel nəticəsində yol çöküb, evlər su altında qalıb - FOTO

13:27 | 04.06.2023
Türkiyədə sel nəticəsində yol çöküb, evlər su altında qalıb - FOTO

Türkiyədə sel nəticəsində yol çöküb, evlər su altında qalıb - FOTO

Türkiyənin Dənizli bölgəsində axşam saatlarından başlayan güclü yağış nəticəsində dərə və kanallar daşıb, küçələr su ilə dolub.

Bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, evləri və iş yerlərini su basıb, çoxlu nəqliyyat vasitələri yolda qalıb. İnsanların köməyinə xilasetmə qrupları gəlib. Eskihisar məhəlləsin də isə yol çöküb.

Axşam saatlarında şəhər mərkəzində başlayan və aramsız olaraq davam edən leysan gündəlik həyata mənfi təsir edib.
Çox sayda maşın yolda qalarkən, içəridə qalanlar AFAD və yanğınsöndürənlər tərəfindən xilas edilib.

Mərkəzəfəndi mahalının Sümer məhəlləsindəki Keskin məscidi də seldən zərər çəkən ərazilərdən biri olub. Məscid su altında qalarkən məhəllə vətəndaşlarının köməkliyi ilə su boşaldılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb