“Tvente” Bakıya itki ilə gəlir

12:27 | 20.08.2014
“Tvente” Bakıya itki ilə gəlir

“Tvente” Bakıya itki ilə gəlir

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq Hollandiya “Tvente”si itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bu gün Bakıya gələcək Enshede təmsilçisi sabahkı oyunda aparıcı müdafiəçisi Andreas Byellandın xidmətindən yararlanmayacaq.

 

Danimarka millisinin futbolçusu bu üzdən ölkəmizə də gətirilməyəcək. Byelland qabırğasındakı zədənin hələ də tam sağalmamasından əziyyət çəkir. Lakin onun həftəsonu “Breda” ilə çempionat matçında iştirakı istisna edilmir.

 

Qeyd edək ki, yığmada 12 oyuna 2 qol vuran mərkəz müdafiəçisi 2012-ci ildən “Tvente”də çıxış edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb