UEC Bakı 2015 Avropa Oyunlarından öncə keçirilmiş Azərbaycan Turunu tərifləyir

17:42 | 16.05.2014
UEC Bakı 2015 Avropa Oyunlarından öncə keçirilmiş Azərbaycan Turunu tərifləyir

UEC Bakı 2015 Avropa Oyunlarından öncə keçirilmiş Azərbaycan Turunu tərifləyir

Bakı 2015 Avropa Oyunlarını səbirsizliklə gözləyən Avropa Velosiped Idmanı İttifaqı (UEC) bu yaxınlarda həyata keçirilmiş Azərbaycan Turununun yüksək səviyyədə təşkil olunmasını tərifləmişdir.UEC-in prezidenti Devid Lappartient “Bakı şəhərinin gözəlliyi” barədə məlumat vermiş və əlavə etmişdir ki, yarışın marşrutun növbəti ilin Avropa Oyunlarında da nəzərə alınacağına ümid bəsləyir.Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) velosipedçilərin vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə müfəssəl müzakirələr aparır və marşrutun tezliklə təsdiq ediləcəyinə ümid bəsləyir.Azərbaycan Velosiped İdmanı Federasiyasına ünvanladığı məktubda cənab Lappartient demişdir: “UEC-in adından mən 2014-cü il Azərbaycan Turunun əla təşkil olunmasına görə sizi ürəkdən təbrik etmək istəyirəm.“Mən vurğulamaq istəyirəm ki, ‘Eurosport’ televiziya kanalı tərəfindən yayımlanan təsvirlərdə Bakı şəhərinin gözəlliyi ilə birlikdə onun müasir və modern tərəfləri ön plana çəkilərək diqqətə çatdırılmışdır və biz ətrafına qala divarları ilə çəkilmiş şəhəri, Şirvanşahlar Sarayını, onun minillik tarixini əks etdirən möhtəşəm yerləri kəşv edəcəyimizə əmin ola bilərik.”Cənab Lappartient demişdir ki, sözügedən marşrut Bakı2015 Avropa Oyunlarında bir daha istifadə olunacaq ki, “bütün iştirakçılar Bakı şəhərini kəşv edə və Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini verə bilsinlər”.Eyni zamanda, o, BEGOC kollektivinə uğurlar diləmiş və əlavə etmişdir: “Mən çox ümidvaram ki, bu Bakı2015 Avropa Oyunları Azərbaycanda müvəffəqiyyətlə keçiriləcək və yüksək uğur qazanacaq.”Azərbaycan Turu beş mərhələdən ibarət olmuş və 23 ölkənin 25 komandasını təmsil edən 150 idmançını əhatə etmişdir.Azərbaycanın yeddi rayonundan keçən yarış may ayının 11-də Bakı şəhərində başa çatmış və qalib Rusiyanın RusVelo komandasının üzvü İlnur Zakarin olmuşdur.Avropa Oyunlarında velosiped idmanı növlərinə BMX, dağ velosiped, vaxt və məsafə ilə ölçülən velosiped idmanı yarışları daxildir.Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman Dirktoru Piers O’Kallaqan demişdir: “Azərbaycan Turu ölkənin gözəlliyini və Bakı şəhərinin ən yaxşı cəhətlərini dünyaya nümayiş etdirən effektli və parlaq bir yarış olmuşdur.“Biz vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində işləyirik və cənab Lappartientin Azərbaycan Turu ilə bağlı söylədiyi xoş sözləri nəzərə alacağıq.”ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb